Arif Əsədov yenidən “Neftçi”nin əvəzedici komandasında
18.12.2009 - 00:06
Arif Əsədov yenidən “Neftçi”nin əvəzedici komandasında
Arif Əsədov yenidən Bakının “Neftçi” klubunun əvəzedici komandasına qayıdıb. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun özlərinə görə, Mirbağır İsayevin istefa verməsindən sonra əvəzedici komandada baş məşqçi postu hələ ki boş qalıb.

“Əsədovdan xahiş etmişik ki, müvəqqəti əvəzedici komandaya nəzarət etsin. Orada baş məşqçi məsələsini qısa müddətdə həll edib, problemin yaranmamağına çalışırıq” – deyə Süleymanov bildirib.

Qeyd edək ki, Əsədov ötən mövsüm baş məşqçisi olduğu “Neftçi”nin əvəzedici komandasını Azərbaycan çempionu edib. Bundan sonra əsas komandaya köməkçi məşqçi təyin edilən gənc çalışdırıcının yerinə İsayev təyin olunub. Komanda 35 yaşlı bu məşqçinin rəhbərliyi altında çempionata ardıcıl 9 qələbə ilə başlasa da, son 4 oyunda meydanı qalib tərk edə bilmir.