Gede ilə “Neftçi” arasındakı qalmaqal nə vaxt bitəcək?
17.12.2009 - 18:13
Gede ilə “Neftçi” arasındakı qalmaqal nə vaxt bitəcək?
“Komandamız sabiq baş məşqçisi Hans-Yurgen Gedenin məsələsində öz mövqeyini qoruyacaq. Hazırda bununla bağlı işlər davam edir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.

Ötən ilin sentyabrından bu ilin martına kimi “ağ-qaralar”ın baş məşqçisi olan Hans-Yurgen Gede FİFA-ya şikayət edib. “Neftçi” klubundan 100 min dollar təzminat istəyən alman mütəxəssis bu məsələdə dünyanın ali futbol qurumunun köməyinə bel bağlayır. Buna aydınlıq gətirən Süleymanovun fikrincə, problemin həlli aylarla davam edə bilər: “FİFA-nın qaydalarına görə, belə məsələlər 18 ay davam edə bilər. Bu tip məsələlər dünya praktikasında da müşahidə olunur. Yəni, əcnəbi klublarda da tez-tez baş məşqçi dəyişikliyi baş verir. “Neftçi” Gede ilə bağlı məsələdə hüquqlarını qorumağa yetərincə gücü var. Biz mövqeyimizi qoruyacağıq”.

Qeyd edək ki, “Neftçi” Gedeni ötən mövsüm “Qəbələ” ilə ev oyunundan (0:0) sonra istefaya göndərmişdi.
0