Mario Souzaya “hə”, “Olimpik-Şüvəlan”a “yox”
17.12.2009 - 18:31
Mario Souzaya “hə”, “Olimpik-Şüvəlan”a “yox”
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında iki məsələ müzakirə olunub. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, komitə üzvləri “Xəzər-Lənkəran” rəhbərliyinin Mario Souza Santana haqqında AFFA-nın İntizam Komitəsinin çıxardığı qərardan və “Olimpik-Şüvəlan” tərəfindən hakim Əfqan Həmzəyev barədə verilmiş şikayətlərə baxıblar.

Qərara alınıb ki, Mario Souza Santana cəzasının çəkilməmiş hissəsindən 2 aylıq sınaq müddəti təyin edilməklə, şərti olaraq azad edilsin. “Olimpik-Şüvəlan”ın şikayəti isə təmin olunmayıb.

Qeyd edək ki, Mario XIV turda “Olimpik-Şüvəlan”la matçda qırmızı vərəqə aldığından, 2 oyunluq diskvalifikasiyaya məruz qalmışdı. Braziliyalı hücumçu Premyer Liqada ötən turu buraxıb.
0