“Karvan”a yeni futbolçular gəldi
17.12.2009 - 22:16
“Karvan”a yeni futbolçular gəldi
Unibank Premyer Liqasının XVI turunun açılış oyununda "Muğan"la qarşılaşacaq “Karvan” daha iki futbolçunu baxışa dəvət edib. Apasport.az saytının xəbərinə görə, artıq klubun düşərgəsində olan futbolçulardan biri Aleksandr Abroskin, digəri isə Vadims Loginsdir. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı Abroskin Rusiyanın futbol üzrə II divizionunda çıxış edən "Bataysk 2007" klubunun şərəfini qoruyur. 28 yaşlı sağ cinah yarımmüdafiəçisi Vadims Logins isə Latviyanın "Dinaburq" komandasının üzvüdür. Baxışda olan futbolçular haqqında son qərar bir neçə gündən sonra veriləcək.

pfl.az
0