Azərbaycan yığmasının futbolçusundan nə istəyirlər?
18.12.2009 - 11:50
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin qarşısına ciddi vəzifələr qoyulub. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçinin çıxış etdiyi Rusiyanın “Volqa” (Tver) klubu gələn il birinci diviziona vəsiqə qazanmaq iddiasındadır. Klubun yeni təyin olunmuş baş məşqçi Maksim Bokov komandasının qarşısında duran vəzifəni açıqlayıb: “Bir ildən sonra birinci diviziona çıxmalıyıq”.
Yeri gəlmişkən, sensasiyalı şəkildə Rusiya kubokunun 1/4 finalına yüksələn “Volqa”nın Sankt-Petrburq “Zenit”i ilə qarşılaşmasının tarixi də müəyyənləşib. Tverlilər yarımfinala çıxmaq üçün aprelin 7-də səfərdə qalib gəlməlidirlər.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0