“Xəzər-Lənkəran” Rusiyanın ən titullu klubu ilə üz-üzə
18.12.2009 - 12:03
“Xəzər-Lənkəran” Rusiyanın ən titullu klubu ilə üz-üzə
“Xəzər-Lənkəran” klubu Rusiyanın ən titullu komandası olan Moskva “Spartak”ı ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv gələn il yanvarın 15-dən 25-dək Türkiyədə keçiriləcək təlim-məşq toplanışı zamanı lənkəranlılarla qüvvəsini sınamaq istəyir. “Spartak” həmin hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyununa çıxmağı planlaşdırır. Yanvarın 23-nə və 25-nə təyin olunan bu görüşlərdə moskvalılar “Xəzər-Lənkəran”la yanaşı, son mövsümdə Rusiya çempionatının birinci divizionuna vəsiqə qazanmış “Jemçujina-Soçi” klubu ilə qarşılaşmağı nəzərdə tutublar. “Spartak” rəhbərliyi hər iki rəqiblə ilkin razılıq əldə edib. Ancaq “Xəzər-Lənkəran”la matçın dəqiq tarixi bilinmir.

Qeyd edək ki, “Spartak” vaxtilə Türkiyədə Azərbaycan komandası ilə yoxlama oyunu keçirib. “Qırmızı-ağlar”ın Valentin Xodukinin çalışdırdığı Bakının “İnter” klubu ilə görüşü heç-heçə nəticələnib - 1:1.
0