Dünyanın ən nəhəng stadionunda yenidənqurma
18.12.2009 - 12:18
Dünyanın ən nəhəng stadionunda yenidənqurma
Dünyanın ən böyük futbol stadionu “Marakana”da yenidənqurma işlərinə 280 milyon ABŞ dolları xərclənəcək. Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən möhtəşəm arenada təmir işləri gələn il başlayacaq və 2 il davam edəcək. 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının əsas arenası sayılan “Marakana” yenidənqurmadan sonra çox dəyişəcək. Ən əsas fərq isə azarkeş tutumunda olacaq. Belə ki, FİFA-nın tövsiyyəsinə əsasən, stadionunda oturacaqların sayı 87 mindən 82 minə endiriləcək. Stadionun fasadı əvvəlki kimi qalsa da, ora üst örtük əlavə olunacaq.

Xatırladaq ki, 1950-ci il dünya çempionatı üçün tikilən “Marakana” ilkin variantda 200 min tamaşaçı qəbul etmək iqtidarında olub. Dünya futbol tarixində rekord də məhz bu arenada 59 il əvvəlki çempionatda qeydə alınıb. Həmin il Braziliya və Uruqvay yığmaları arasında final matçını “Marakana”da 200 min azarkeş izləyib. Braziliyanın 1:2 hesablı məğlubiyyətinin ardından baş verən olay dünya futbolunda ən böyük faciələrindən biridir.
0