Milli komandamızın oyunu üçün 10 milyon 110 min tamaşaçı
18.12.2009 - 12:54
Milli komandamızın oyunu üçün 10 milyon 110 min tamaşaçı
Dünya çempionatının seçmə mərhələsində keçirilmiş Almaniya - Azərbaycan oyununu izləyən tamaşaçıların sayı məlum olub. Apasport.az saytının məlumatına görə, almanlar sentyabrın 9-da Hannover şəhərində baş tutan qarşılaşmanın teleauditoriyasını hesablayıblar. Həmin matçı 10 milyon 110 min nəfər izləyib.

Qeyd edək ki, “AWD-Arena” stadionunda keçirilən oyunda meydan sahibləri 4:0 hesabı ilə qalib gəliblər.
0