“Karvan” həm itirdi, həm də qazandı - YENİLƏNİB
18.12.2009 - 15:54
“Karvan” həm itirdi, həm də qazandı - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında XVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Yevlaxdakı açılış oyununda son pillənin sahibi “Karvan” Salyanın “Muğan” klubunu qəbul edəcək. Cari mövsümdə cəmi bir qələbə qazanan yevlaxlılar ilk dövrədə “Muğan”a da “boyun əyib”.

“Karvan”ın baş məşqçisi Yunis Hüseynov bu dəfə rəqib komandanın digər bosniyalı çalışdırıcısı, istefaya göndərilən Kemal Alispahiçin köməkçisi işləmiş Almir Hurtiçlə görüşəcək. Hər iki komanda ilk “altılığ”a düşmək üçün mübarizə aparmasa da, 7-12-ci yerlər uğrunda da şəxsi oyunlardakı “qızıl xallar”ın nəzərə alınması görüşün əhəmiyyətini artırır.

Apasport.az saytı saat 14:00-da başlanacaq oyunun nəticəsini onlayn təqdim edəcək. Sadiq oxucularımız görüşdə vurulacaq qolların müəllifləri, yaşanacaq maraqlı hadisələr, eləcə də baş məşqçilərin oyunsonrası səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərlər.

18 dekabr

14:00. "Karvan" - "Muğan" - 1:1

Qol: İsmayıl Məmmədov, 10 (pen.) - Fərrux İsmayılov, 75
Baş hakim: Ceyhun Haşımov
Hakim-köməkçilər: Mehman Mahmudov, Ramiz Əsədov, Rasim Məmmədov
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

"Karvan"ın oyunçusu Əziz Quliyev 86-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19 dekabr

16:00. "İnter" - "Turan"

Baş hakim: Rauf Cabbarov
Hakim-köməkçiləri: Munis Abdullayev, Qəzənfər Məmmədov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:0

16:00. "Xəzər-Lənkəran" - "Qəbələ"
Baş hakim: Azad Mütəllimov
Hakim-köməkçiləri: İlham Əliyev, Mübariz Haşımov, Elnur Muradov
Lənkəran. Mərkəzi stadion
İlk dövrədəki oyun – 1:1

20 dekabr

14:00. "Bakı" - "Olimpik-Şüvəlan"

Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Habil Əliyev, Elşən Durmuşov, Ramil Diniyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0

14:00. "Neftçi" - "Standard"
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Aydın Ələkbərov, Roman Vasilyev, Elvin Əsgərov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 2:1

14:15. "Qarabağ" - "Simurq"
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Azad Q.Hüseynov, Hacıəli Ağayev
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:1

komandalar

O

Q

H

M

T

X

1

"Qarabağ"

15

10

3

2

16-8

33

2

"İnter"

15

9

3

3

26-15

30

3

"Xəzər-Lənkəran"

15

8

5

2

21-9

29

4

"Bakı"

15

8

2

5

16-14

26

5

"Simurq"

15

7

5

3

18-13

26

6

"Qəbələ"

15

7

5

3

19-16

26

7

"Neftçi"

15

7

4

4

16-12

24

8

"Olimpik-Şüvəlan"

15

4

4

7

16-18

16

9

"Muğan"

16

3

5

8

11-22

14

10

"Turan"

15

3

3

9

18-23

12

11

"Karvan"

16

1

4

11

11-25

7

12

"Standard"

15

1

3

11

13-26

6


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan") – 7
0