UEFA Azərbaycan çempionunu intizarda saxladı
18.12.2009 - 14:05
UEFA Azərbaycan çempionunu intizarda saxladı
Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın keçiriləcəyi məkan 2010-cu ildə bilinəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da mübarizə aparacağı həlledici mərhələyə ev sahibliyi edəcək ölkənin adı yanvarın 28-29-da məlum olacaq.

Hərçənd, təşkilatçını müəyyənləşdirməli olan UEFA seçimini bu ay açıqlamalı idi. Lakin təmsilçimizin hər üç rəqibinin - “Benfika” (Portuqaliya), “Luparene” (İtaliya) və “İntervyu”nun (İspaniya) meydan sahibi olmaq istəyi Avropa ən ali futbol qurumunu çətin vəziyyətdə qoyub. Çünki UEFA rəsmiləri hər 3 ölkədəki vəziyyətlə tanış olmalıdırlar. Buna görə də qərar alınıb ki, təşkilatçının adı yanvarın 28-29-da keçiriləcək İcraiyyə Komitəsinin iclasında açıqlansın.

Qeyd edək ki, “Dördlər finalı” gələn il 23-25 aprel aralığında keçiriləcək.
0