“Qalatasaray”a çətin, “Fənər”ə ortabab rəqib - YENİLƏNİB
18.12.2009 - 16:43
“Qalatasaray”a çətin, “Fənər”ə ortabab rəqib - YENİLƏNİB
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının (ÇL) 1/8 və Avroliqanın 1/16 final mərhələsinin püşkü atılır. Apasport.az saytının məlumatına görə, öncə ÇL-də 1/8 final cütlükləri bilinəcək. Püşkatma zamanı qrup qalibləri ilə ikinci pillənin sahibləri ayrı-ayrı səbətlərə bölüşdürülüb.

ÇL, 1/8 final

“Ştutqart” (Almaniya) - “Barselona” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Bordo” (Fransa)
“İnter” (İtaliya) - “Çelsi” (İngiltərə)
“Bavariya” (Almaniya) - “Fiorentina” (İtaliya)
MOİK (Rusiya) - “Sevilya” (İspaniya)
“Lion” (Fransa) - “Real” (İspaniya)
“Portu” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Milan” (İtaliya) - “Mançester Yunayted” (İngiltərə)

Təbii ki, bu mərhələdə ən maraqlı matç “İnter” və “Çelsi” arasında olacaq. Hazırda İtaliya klubunda çalışan Joze Maurinyo 3 il çalışdırdığı “Çelsi”ni sınağa çəkəcək. Bundan başqa, “Milan” - “Mançester Yunayted” görüşünün böyük marağa səbəb olacağı gözlənilir. 1/8 finalın ilk oyunlar 2010-cu il 16-17 fevral, cavab görüşləri isə bundan 1 həftə sonra keçiriləcək.

Bakı vaxtı ilə saat 16:00-da isə Avroliqanın püşkatma mərasimi başlanıb.

Avroliqa, 1/16 final

1. “Rubin” (Rusiya) - “Hapoel” (Təl-Əviv, İsrail)
2. “Atletik” (İspaniya) - “Anderlext” (Belçika)
3. “Kopenhagen” (Danimarka) - “Marsel” (Fransa)
4. “Panatinaikos” (Yunanıstan) - “Roma” (İtaliya)
5. “Atletiko” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
6. “Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
7. “Brügge” (Belçika) - “Valensiya” (İspaniya)
8. “Fulhem” (İngiltərə) - “Şaxtyor” (Ukrayna)
9. “Liverpul” (İngiltərə) - “Unirea” (Rumıniya)
10. “Hamburq” (Almaniya) - PSV (Hollandiya)
11. “Vilyarreal” (İspaniya) - “Volfsburq” (Almaniya)
12. “Standard” (Belçika) - “Zalsburq” (Avstriya)
13. “Tvente” (Hollandiya) - “Verder” (Almaniya)
14. “Lill” (Fransa) - “Fənərbaxça” (Türkiyə)
15. “Everton” (İngiltərə) - “Sportinq” (Portuqaliya)
16. “Herta” (Almaniya) - “Benfika” (Portuqaliya)

İlk oyunlar 2010-cu il fevralın 18-də, cavab görüşləri isə fevralın 25-də keçiriləcək.

1/8 final

10-cu cütün qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 11-ci cütün qalibi
5-ci cütün qalibi - 15-ci cütün qalibi
16-cı cütün qalibi - 3-cü cütün qalibi
4-cü cütün qalibi - 12-ci cütün qalibi
14-cü cütün qalibi - 9-cu cütün qalibi
6-cı cütün qalibi - 8-ci cütün qalibi
7-ci cütün qalibi - 13-cü cütün qalibi

İlk oyunlar 2010-cu il martın 11-də, cavab görüşləri isə martın 18-də keçiriləcək.