AFFA rəsmisi ilin millət vəkili seçilib
18.12.2009 - 16:07
AFFA rəsmisi ilin millət vəkili seçilib
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev 2009-cu ilin millət vəkili seçilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Əliyev “Gənc lider” Uşaq və Gənclər Təşkilatının keçirdiyi sorğu və monitorinqin nəticəsinə əsasən, “İlin millət vəkilləri” nominasiyasının qaliblərindən biri olub. O, bu ada ölkəmizdə uşaq futbolunun inkişafı, bu idman növünün kütləviliyinin artırılması istiqamətində fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Rauf Əliyev 2003-cü ildən etibarən AFFA-nın I vitse-prezident postunda çalışır.
0