Yunis Hüseynov “Karvan”dan ayrıldı
18.12.2009 - 16:57
Yunis Hüseynov Yevlaxın “Karvan” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində son pillədə gedən komandanı bu gün Unibank Premyer Liqasının XVI turunda Salyanın “Muğan” klubu ilə oyuna (1:1) köməkçi-məşqçi Zakir Mahmudov çıxarıb. Hüseynov “Pro” kateqoriyası ilə bağlı təşkil edilən kursların həlledici mərhələsində iştirak etmək üçün Ukraynaya yollanıb. 44 yaşlı mütəxəssis Kiyevdə imtahanı uğurla verərsə, diploma sahib çıxacaq.
Məhz bu səbəbdən “Karvan”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında iştirak etməyib və onu köməkçisi əvəzləyib. Cari mövsümün əsasnaməsinə görə, baş məşqçi mətbuat konfransına qatılmadığı halda, klub 1000 manat cərimələnir. Ancaq Hüseynov bu cərimədən canını qurtara bilər. Məsələ burasındadır ki, 57-ci maddəyə görə baş məşqçi hər hansı səbəbdən oyunda iştirak etməyibsə, qarşılaşmada onun funksiyalarını yerinə yetirən komandanın məşqçisi mətbuat konfransında baş məşqçini əvəz edə bilər.

0
0