Milli komandamız dünyada 9-cu yerdədir
18.12.2009 - 17:15
Milli komandamız dünyada 9-cu yerdədir
Çimərlik futbolu üzrə yığmaların reytinq siyahısı açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ümumdünya Çimərlik Futbolu Təşkilatının (BSWW) 2009-cu il üçün açıqladığı reytinq cədvəlində Azərbaycan milli komandası ilk “onluq”da yer alıb. Başa çatmaqda ilin yekunlarına əsasən, Emil Cabbarovun rəhbərlik etdiyi komanda planetin 9-cu komandasıdır.