Azərbaycan - Gürcüstan - 7:0
18.12.2009 - 21:02
Azərbaycan - Gürcüstan - 7:0
Bu gün III Bakı Beynəlxalq Futzal Turniri start götürüb. Apasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı yarışın ilk günündə 2 oyun keçirilib. Öncə Türkiyə milli komandası Rusiyanın “Kaspi” klubu ilə qarşılaşıb. Oyun türkiyəli futzalçıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardından Azərbaycan və Gürcüstan yığmaları qüvvələrini sınayıblar. Həmyerlilərimiz qonşu ölkə təmsilçilərini darmadağın ediblər – 7:0. Milli komandamızın heyətində qolların 3-nə Felipe Ribeyro imza atıb. Rizvan Fərzəliyev dubl etdiyi halda, Alveş De Souza və Ağatahir Əzimov da adını tabloya yazdırıb.

Turnirdə növbəti oyunlar sabah baş tutacaq. Saat 15:30-da Türkiyə və Gürcüstan milli komandaları üz-üzə gələcəklər. Yığmamız isə saat 18:00-da “Kaspi” ilə görüşəcək. Bütün oyunlar Bakı İdman Sarayında keçirilir.