Aftandil Osatianidən səmimi etiraf
18.12.2009 - 21:14
“Bu turnirdə ötən il də iştirak etmişdik. Hazırda Azərbaycan milli komandasının daha güclü olduğunu düşünürəm”. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri Gürcüstan futzal yığmasının baş məşqçisi Aftandil Osatiani deyib.
Onun rəhbərlik etdiyi kollektiv bu gün III Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində ilk oyunda milli komandamıza böyük hesabla (0:7) uduzub. Gürcüstanlı çalışdırıcı matçdan sonra rəqibin güclü olduğunu etiraf edib: “Ümid edirəm ki, Azərbaycan yığması gələn ilin yanvarında keçiriləcək Avropa çempionatının final mərhələsində də uğurlu çıxış edəcək. Azərbaycan futzalçılarına müvəffəqiyyət arzulayıram”.

0
0