“Oyundan razı qalmadım, hücumlarımız çox ləng alınırdı”
18.12.2009 - 21:35
“Birinci hissədə nümayiş etdirdiyimiz oyundan razı qalmadım. Hücumlarımız çox ləng alınırdı və tez-tez qayda pozuntusuna yol verirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis III Bakı Beynəlxalq Futzal Turnirində Gürcüstan üzərində 7:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, ilk hissədə yetirmələrindən narazı qalıb. O, böyük hesablı qalibiyyətin sirrini açıqlayıb: “Fasilədən sonra istədiyimiz kimi oynaya bildik. Bunda etdiyimiz dəyişikliklərin də rolu oldu”.

0
0