“Neftçi” klubunun imtina etdiyi futbolçu “Birlik kuboku”nda
19.12.2009 - 11:58
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Oleq Gerasimyuk “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı ukraynalı yarımmüdafiəçi Kiyev “Dinamo”sunun ikinci komandasının heyətində bu yarışda ölkəmizi təmsil edəcək “Bakı” klubuna rəqib ola bilər. Ukraynanı gələn il yanvarın 15-dən 25-dək Moskvada keçiriləcək turnirdə məhz “Dinamo-2” təmsil edəcək. Ukrayna çempionatının birinci liqasında çıxış edən komanda Yuri Kalitvintsev-Gennadi Litovçenko məşqçi tandeminin rəhbərliyi altında Rusiya paytaxtına gələcək. Kiyevlilər “Bakı” ilə bir qrupa düşsə, Gerasimyuk ikinci dəfə bu komandaya qarşı oynamaq imkanı qazanacaq. Oleq ötən çempionatda “Neftçi”nin heyətində “Bakı” ilə görüşdə iştirak edib və komandası 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Gerasimyik Anatoli Demyanenko “Neftçi”nin baş məşqçisi olduğu dövrdə Kiyev “Dinamo”sundan yarım illiyə icarəyə götürülmüşdü. İlk vaxtlar özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusu daha sonra ciddi zədələnərək, cərrahiyyə əməliyyatı olundu. Nəticədə “Neftçi” müqavilənin müddətini artırmayaraq, ötən qış futbolçudan imtina etdi. Oleq komandamızın heyətində 2 qol vurub ki, bunlardan biri İntertoto kubokunda Rumıniyanın “Vaslui” klubu ilə ev, digəri isə ölkə çempionatında “Qəbələ” komandası ilə səfər görüşündə olub. Ukraynalı yarımmüdafiəçinin qolu hər iki halda “Neftçi”yə qələbə qazandırıb.

0
0