Milli komandanın baş məşqçisi avtomobil qəzasına düşdü
19.12.2009 - 12:25
Milli komandanın baş məşqçisi avtomobil qəzasına düşdü
2010-cu il dünya çempionatının (DÇ-2010) final mərhələsində iştirak edəcək Honduras milli komandasının baş məşqçisi Reynaldo Rueda avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı kolumbiyalı çalışdırıcı bu xoşagəlməz olayla Fransanın Annesi şəhərinin yaxınlığında üzləşib.

Ruedanın avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində bir neçə dəfə aşıb. Ancaq xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Baş məşqçi ilə avtomobildə olan iki şəxs qorxu ilə canını qurtara bilib. Rueda sağ qalıqlarına görə Tanrıya minnətdardır: “Heç də yaxşı olmayan vəziyyətlə üzləşdik. Ancaq Allaha şükür ki, hər şey yaxşı qurtardı”.