628 günlük qol orucu
19.12.2009 - 13:06
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılov ölkə çempionatında 628 gündən sonra qol vurdu. Apasport.az saytının hesablamalarına görə, Unibank Premyer Liqasının XVI turunun “Karvan”la açılış oyununun (1:1) 75-ci dəqiqəsində vurduğu qolla Salyanın “Muğan” klubunu məğlubiyyətdən xilas edən 31 yaşlı futbolçu sonuncu dəfə 2008-ci ilin martın 30-da rəqib qapısına yol tapmışdı.
Fərrux həmin vaxt çıxış etdiyi “Olimpik” klubuna “Standard”la “Şəfa” stadionunda keçirilən Bakı derbisində qələbə qazandırmışdı – 1:0. Hücumçu “qol orucu”nu pozmaq üçün 628 gün gözləməli oldu. Maraqlıdır ki, İsmayılovun qol vurduğu bu iki oyunların hər ikisində qırmızı vərəqələr qeydə alınıb. “Olimpik” – “Standard” oyununda baş hakim Anar Niyazov üç futbolçunu meydandan qovmuşdusa, “Karvan” – “Muğan” görüşünü idarə edən Ceyhun Haşımov ev sahiblərinin yarımmüdafiəçisi Əziz Quliyevə qırmızı vərəqə göstərib.
Fərruxun 21 aydan sonra qolu məhz Yevlax stadionunda vurmasında da maraqlı məqam var. Axı Fərrux iki il bu arenada “Karvan”ın futbolçusu kimi çoxlu qollar vurub. Hücumçu 2004-2006-cı illərdə çıxış etdiyi “Karvan”ın heyətində gümüş və bürünc medal qazanıb, Azərbaycan kubokunun finalçısı olub. Vaxtilə milli komandamızın aparıcı üzvü olan İsmayılov son illərdə karyerasının eniş dövrünü yaşayır. “Olimpik”dən keçdiyi “Qəbələ”də ilk dövrədə qol vura bilməyən Fərrux cəmi yarım ildən sonra transferə çıxarıldı. Qəbələlilərlə maddi məsələlərdə razılığa gələ bilməyən futbolçu digər kluba keçmək üçün müqaviləsinin bitməsini gözləməli oldu ki, bu da ona 6 ay oynamamaq bahasına başa gəldi. İsmayılov cari mövsümdən çıxış etdiyi “Muğan”da qol hesabını ölkə kubokunu da nəzərə alsaq, 18-ci görüşdə aça bildi.
Qeyd edək ki, Fərrux milli çempionatlarımızda 216 oyunda 83-cü qol vurub.

0
0