Yığmamızın futbolçusu xanımına görə ölkədən getdi
19.12.2009 - 13:14
Yığmamızın futbolçusu xanımına görə ölkədən getdi
Yevlaxın “Karvan” klubunun müdafiəçisi Ernani Pereyra Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 31 yaşlı braziliyalı futbolçu çempionatda fasiləni gözləməyərək, vətənində dönüb.

Bu da Ernaninin həyat yoldaşının xəstələnməsi ilə bağlıdır. Pereyra bu səbəbdən onu vaxtından əvvəl evə buraxmağı xahiş edib. Bunu anlayışla qarşılayan klub rəhbərliyi legionerinə müsbət cavab verib. Unibank Premyer Liqasının XVI turunda “Muğan”la açılış oyununda (1:1) iştirak etməyən Ernani dekabrın 24-də “Standard”la səfər görüşünü də buraxacaq. Pereyra “Karvan”ın düşərgəsinə yanvarın əvvəlində, komanda qış fasiləsində təlim-məşq toplanışına yığışan zamanı qayıdacaq.

Mənbə: azerifootball.com