“Yuventus”un futbolçusu “Fənərbaxça”ya gəlir
19.12.2009 - 13:39
Dövrələrarası fasilə yaxınlaşdıqca klublar transfer çalışmalarını sürətləndirir. Apasport.az saytının xəbərinə görə, "Fənərbaxça"nın qışda heyətinə qatmağa ən çox çalışdığı futbolçulardan biri də Danimarka yığmasının ulduzu Kristian Poulsendi. Hazırda "Yuventus"da oynayan Poulsenin müqavilə müddəti bitdiyinə görə onun transferi daha uyğun və sərfəli hesab olunur.
"Fənərbaxça" rəsmisi Ali Yıldırım artıq İtaliyaya yollanıb və futbolçu ilə danışıqların ilkin nəticələri bilinib. Verilən məlumata görə, Poulsenin özü İtaliyada oynamaq istəmədiyini deyib: "Mən A seriyasında gördüyümü gördüm, indi başqa ölkələrdə oynamağı düşünürəm. Danışıqlarda bir neçə kiçik detal həll olunduğu təqdirdə, "Fənərbaxça"da oynaya bilərəm. Həm də Türkiyədə futbola olan maraqdan xəbərdaram. Orada oynamaq mənə xoş olar".
"Sarı-lacivərdlilər"in baş məşqçisi Kristof Daum da Poulsenlə telefon danışığında onu komandasında görmək istədiyini bildirib: "Mən Poulsen kimi atletik keyfiyyətləri yüksək olan futbolçuların komandamda oynamasını məmnuniyyətlə istərdim. Dünən onunla telefon əlaqəsi saxladıq, Türkiyədə oynaması üçün heç problem görmədiyini dedi. Əminəm ki, Poulsen "Fənərbaxça"da oynayacaq".

0
0