Berti Foqtsun xələflərindən biri müəyyənləşdi
23.12.2009 - 10:46
Berti Foqtsun xələflərindən biri müəyyənləşdi
Şotlandiya milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, britaniyalılar yığmanı “Dandi Yunayted” klubunun çalışdırıcısı Kreyq Leveynə tapşırıb.

Mütəxəssislə prinsipial razılıq əldə edən Şotlandiya Futbol Assosiasiyasının rəhbərliyi artıq bu gün baş məşqçi ilə bağlı təqdimat keçirmək niyyətindədir. Bu təyinat quruma baha başa gələcək. Belə ki, 45 yaşlı çalışdırıcıya görə “Dandi Yunayted”ə 250 min funt sterlinq kompensasiya veriləcək.

Xatırladaq ki, hazırda milli komandamızı çalışdıran Berti Foqts da vaxtilə Şotlandiya yığmasının baş məşqçisi olub.