“Neftçi” klubunun futbolçusu “Lids”ə təklif olundu
23.12.2009 - 11:07
Böyük Britaniya mətbuatı qış fasiləsində İngiltərə klublarına keçə biləcək futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Birinci və İkinci Liqa klubları üçün namizədlərin siyahısı 11 oyunçudan ibarətdir.
Aşağı dəstə klubları üçün tərtib edilən və qiyməti 500 min funt sterlinqdən aşağı olanlardan ibarət bu “dünya yığması” 4-3-3 sistemi üzrə qurulub. İngilislərin rəmzi komandasında Azərbaycanın ən titullu klubu “Neftçi”də təmsil olunub. Həmkarlarımız paytaxt təmsilçisinin rumıniyalı yarımmüdafiəçisi Marian Aliutanın da Birinci və İkinci Liqaya münasib transfer olduğunu düşünür. Onlar 2002/03 mövsümündə Rumıniya çempionatının ən yaxşı oyunçusu seçilən 31 yaşlı futbolçunu aşağı dəstə təmsilçilərinə təklif edir.
Qeyd edək ki, Premyer Liqa və Çempionşipdən sonra gücünə görə İngiltərənin üçüncü dəstəsi sayılan Birinci Liqada “Lids”, “Sauthempton”, “Çarlton” kimi klublar da çıxış edir.

0
0