Şap elə bilir şupdadır, şup elə bilir şapdadır...
23.12.2009 - 13:51
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ilə Rusiya Futbol İttifaqı (RFİ) arasında anlaşılmazlıq yaranıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin ən yaxşı futbolçunu müəyyənləşdirmək məqsədilə keçirilən sorğuda Rusiyanın səsi nəzərə alınmayıb. Halbuki, sorğuda FİFA-nın üzvü olan bütün milli assosiasiyalarının, o cümlədən Rusiyanın iştirak hüququ var.
RFİ rəhbərliyi iddia edir ki, yığmanın baş məşqçisi Qus Hiddink və kapitan Andrey Arşavinin “Brilyont top”a namizəd bildiyi 3 futbolçunun adını FİFA-ya noyabrın 16-da göndərib. Əks düşərgədə çalışanlar isə belə məktub almadıqlarını bildiriblər: “Biz Rusiya Futbol İttifaqından yalnız qadın futbolçuların sorğusu üçün səsləri qəbul etmişik. Kişi futbolçuların sorğusu barəsində isə heç bir məktub almamışıq”.
Rusiya milli komandasının kapitanı Andrey Arşavinin məsələyə münasibəti belə olub: “Səhv həmişə olur. Bizim səsimizin nəzərə alınmamasını faciəyə çevirməyə lüzum görmürəm. Mənim səsim qeydə alınmasa da, Lionel Messi və Kriştianu Ronaldo ilk iki pillədə qərarlaşıb. Fernando Torresə gəlincə, mənim səsim qəbul edilsəydi belə, o, yekunda tutduğu 7-ci yerdən yuxarı qalxa bilməyəcəkdi”.
Hiddink Con Terri, Lionel Messi və Frenk Lempardı, Arşavin isə Lionel Messi, Kriştianu Ronaldo və Fernando Torresi ilk “üçlüy”ə layiq görüb. Sonda Messi birinci, Ronaldo ikinci, Xavi Ernandes üçüncü olub.
Xatırladaq ki, bu, FİFA-nın sorğusunda Rusiyanın səslərinin itməsi ilə bağlı ilk hal deyil. Analoji hal 2004-cü ildə də baş verib. Həmin vaxt Rusiya milli komandasına Georgi Yartsev baş məşqçilik edib, kapitan isə Aleksey Smertin olub.

0
0