Yığmanın baş məşqçisi üçün ad günü hədiyyəsi
23.12.2009 - 14:46
Yığmanın baş məşqçisi üçün ad günü hədiyyəsi
İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Visente del Boskeyə ad günü hədiyyəsi hazırlayıb. Apasport.az saytının məlumatına görə, bu gün 59 yaşı tamam olan mütəxəssislə müqavilə daha iki il müddətinə uzadılıb. Ötən il Avropa çempionu olduqdan sonra komandadan ayrılan Luis Araqonesi əvəzləyən Boske 2012-ci ilin yayınadək ispanların “sükanı arxasında” olacaq.

Qeyd edək ki, indiyədək yığmanı 22 matça çıxaran çalışdırıcı 21 qələbəyə sevinib. Boskenin rəhbərliyi altında yalnız bir dəfə məğlub olan qitə çempionları Bakıya da gəlib. Bu il iyunun 9-da Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda görüşən pireneylilər Berti Foqtsun dövründə yığmamızı ən acınacaqlı məğlubiyyətinin (0:6) səbəbkarı olublar.