Ehtiyatda qalan azərbaycanlı futbolçu yarım milyon dollara satılır
23.12.2009 - 14:53
Ehtiyatda qalan azərbaycanlı futbolçu yarım milyon dollara satılır
Belarusun “Smorqon” klubu azərbaycanlı futbolçu Elmar Xeyirova yarım milyon dollar transfer qiyməti qoyub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu yeni futbolçu axtarışında olan “Metallist” komandasının maraq dairəsindədir.

Xarkov təmsilçisinin prezidenti Aleksandr Yaroslavski bahalı futbolçular almayacaqlarını bildirib: “10-15 milyon dollara heç kimi almayacağıq. Ukraynaya orta səviyyəli oyunçular gəlirlər. Onlar 2-3 milyon dollar dəyərində olsa da, burada 10 milyona sırımağa cəhd edirlər. Mənim qiymətlərdən başım çıxır və artıq xərcə düşmək istəmirəm. Baş məşqçimə tam inanıram və əminəm ki, o, səviyyəli futbolçuları münasib qiymətə alacaq”.

Qeyd edək ki, “Smorqon” müqavilə ilə ona məxsus olan Xeyirovu transfer çıxarıb. Nəinki bu komandada, ümumiyyətlə, Belarusda karyerası uğursuz alınan gənc futbolçu ölkəmizdə də özünü göstərə bilməyib. Özünə komanda tapmaqda çətinlik çəkən Elmar “Xəzər Universiteti”, “İnter” və “Simurq”da da daha çox ehtiyatda qalıb.