Tahir Süleymanov “Neftçi” klubundan qovulur!
23.12.2009 - 15:11
Bakının “Neftçi” klubunun rəhbərliyində dəyişiklər yenə davam edəcək. Apasport.az saytının məlumatına görə, bu gün prezident postunda Əkbər Hacıyevi əvəzləyən Sadıq Sadıqovun təyinatı rəsmiləşəndən sonra vitse-prezident Tahir Süleymanov komandadan uzaqlaşdırılacaq. Onu bu postda Misir Əbilov əvəz edəcək.
Bununla da Əbilov yenidən “Neftçi” rəhbərliyinə qayıdacaq. Belə ki, 2004-cü ilin yanvarında Rövnəq Abdullayev kluba prezident təyin edildikdən sonra Əbilov icraçı-direktor postuna gətirilmişdi. Ancaq “ağ-qaralar”da fəaliyyəti qısa müddətli olan Əbilov “Bakılı”nın prezidenti postuna qayıtmışdı.
Qeyd edək ki, Süleymanov 3 ay öncə “Neftçi”nin vitse-prezidenti təyin olunub. O, bu vəzifədə İlqar Quluzadəni əvəzləmişdi.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0