Öküz ilinin son turu
23.12.2009 - 15:52
Öküz ilinin son turu
Sabah Unibank Premyer Liqasında 2009-cu ilin son turu start götürəcək. Apasport.az saytının məlumatına görə, təqvimdə edilən dəyişiklərdən sonra XVII turun görüşlərinin çoxu dekabrın 24-ə təyin olunub. Nəticədə tura əvvəl nəzərdə tutulduğu kimi, dekabrın 27-də yox, bundan bir gün tez yekun vurulacaq.

Bir sıra maraqlı qarşılaşmaların gözlənildiyi son turun mərkəzi görüşü Ağdamda keçiriləcək. Premyer Liqanın vahid lideri “Qarabağ” ardıcıl ikinci ev oyununda “Bakı”nı sınağa çəkəcək. Son ölkə çempionu 2009-cu ildə ikinci dəfə Quzanlı qəsəbə stadionuna çıxacaq. “Bakı” ötən mövsüm ölkə kubokunun yarımfinalında bu arenada 1:2 hesabı ilə uduzmaqla, mübarizəni dayandırmışdı. Yeri gəlmişkən, “Qarabağ” həmin vaxt finalda da qalib gəlməklə, ölkə kubokuna sahib çıxmışdı. Ötən mövsümün titulçularının cari mövsümün ilk dövrəsindəki görüşü maraqlı məqamla yadda qalmışdı. Belə ki, “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski “Qarabağ”la matç öncəsi istefa vermişdi. Nəticədə “zolaqlılar”ı ağdamlılarla ev oyununa makedoniyalının köməkçiləri - Nazim Süleymanov və Asif Əliyev çıxarmışdı. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı tribunadan izləyən Bülənt Korkmaz həmin vaxt yeni komandası ilə tanış olmuşdu. Bundan sonra klub rəhbərliyi ilə danışıqları müsbət yekunlaşan türkiyəli mütəxəssisin təyinatı reallaşmışdı.

“Qarabağ”ın ən yaxın izləyiciləri olan “İnter” və “Xəzər-Lənkəran” əyalətə səfər edəcəklər. Lənkəranlıların səfərdə oynamasına baxmayaraq “Muğan”la görüşdə qələbə qazanmaq şansı yüksəkdir. Hər halda, ölkə kubokunu da nəzərə alsaq, “Xəzər-Lənkəran” salyanlılarla keçirdiyi hər 3 görüşdə qalib gəlib. Ancaq digər tərəfdən, bosniyalı Kemal Alispahiçin istefaya göndərilməsindən sonra baş məşqçi postunu həmyerlisi Almir Hurtiçə tapşıran “Muğan” bundan sonra inamlı təsir bağışlayır. Bu mənada “Xəzər-Lənkəran”a Salyanda 3 xal qazanmaq heç də asan olmayacaq. “İnter”in rəqibi “altılığ”a düşmək uğrunda mübarizə aparan komandadır - “Qəbələ”. Adətən evdə yaxşı oynayan “Qəbələ” “İnter”ə ciddi zərbə vurarsa, bu, təəccüblə qarşılanmayacaq.

2009-cu ilin ən axırıncı oyununun da gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. “Altılığ”a düşməyə iddialı olan “Neftçi” ilə “Simurq”u cəmi 1 xal ayırır. Bu komandaların ikinci dövrədə çoxlu xal itirmələri turnir cədvəlindəki vəziyyətlərinə mənfi təsir göstərdi. Zaqatalılar ikinci dövrədə ilk qələbəni titullu rəqibi üzərində qazanmalıdırlar. “Neftçi”nin isə ən böyük stimulu yeni prezident Sadıq Sadıqovun rəhbərliyi altında debüt oyunda qalib gəlməkdir.

Sumqayıtda turnir cədvəlinin son pilləsində gedən komandalar üz-üzə gələcək. “Karvan”ın baş məşqçisi Yunis Hüseynov həm indiki, həm də keçmiş komandası “Standard”ın halına acımalıdır. O, həmkarı Böyükağa Hacıyevlə 3 il öncə çempionluq uğrunda mübarizə aparırdısa, indi axırıncı yerdən canları qurtarmağa çalışırlar. “Standard” “Karvan”ı yenəcəyi halda, həm 12-ci pilləni təhvil verəcək, həm də rəqibini şəxsi oyunlarda üstələyəcək.

Elə “Turan”la “Olimpik-Şüvəlan”ın görüşü də ikinci “altılıq” baxımından əhəmiyyətlidir. Düzdür, “təyyarəçilər” ilk “altılığ”a düşməyə ümidlərini itirməsələr də, bunun reallaşması az inandırıcı görünür. “Turan”la “Olimpik-Şüvəlan”ın ilk dövrədə “Şəfa” stadionundakı görüşü dramatik mübarizə şəraitində keçmiş və məhsuldar alınmışdı. Həmin oyunda buraxdığı kobud səhvlə bakılıları qələbədən məhrum edən təcrübəli qapıçı Cahangir Həsənzadə bundan sonra ehtiyata düşüb.

24 dekabr

14:00. "Standard" - "Karvan"

Baş hakim: Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 2:2

14:00. "Muğan" - "Xəzər-Lənkəran"
Baş hakim: Əmrah İbrahimov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:2

14:00. "Qəbələ" - "İnter"
Baş hakim: Əfqan Həmzəyev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
İlk dövrədəki oyun – 2:3

14:15. "Qarabağ" - "Bakı"
Baş hakim: Rasim Məmmədov
Ağdam. Quzanlı qəsəbə stadionu.
İlk dövrədəki oyun – 1:0

26 dekabr

14:00. "Turan" - "Olimpik-Şüvəlan"

Baş hakim: Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 3:3

15:00. "Simurq" - "Neftçi"
Baş hakim: Elnur Muradov
Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun – 1:0

komandalar

O

Q

H

M

T

X

1

"Qarabağ"

16

10

4

2

16-8

34

2

"İnter"

16

10

3

3

29-16

33

3

"Xəzər-Lənkəran"

16

9

5

2

22-9

32

4

"Neftçi"

16

8

4

4

18-12

28

5

"Bakı"

16

8

3

5

16-14

27

6

"Simurq"

16

7

6

3

18-13

27

7

"Qəbələ"

16

7

5

4

19-17

26

8

"Olimpik-Şüvəlan"

16

4

5

7

16-18

17

9

"Muğan"

16

3

5

8

11-22

14

10

"Turan"

16

3

3

10

19-26

12

11

“Karvan”

16

1

4

11

11-25

7

12

"Standard"

16

1

3

12

13-28

6


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”) – 7