“Mumu” getdi
23.12.2009 - 16:28
“Bakı” daha bir legionerlə vidalaşıb. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı gürcüstanlı yarımmüdafiəçi Amiran Muciri ilə yollarını ayırıblar.
“Amiran artıq bizim futbolçu deyil. Onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozduq. Muciri son vaxtlar əsas heyətdə düşməkdə çətinlik çəkdiyindən, getmək istədi. Biz də bunu qəbul edərək, 2010-cu il iyununa kimi qüvvədə olan anlaşmaya vaxtından əvvəl xitam verdik. Digər gürcü futbolçumuz Georgi Adamiya, habelə bolqar Aleksandr Tomovskinin gedişi ilə hələ ki bir söhbət yoxdur. Bu il son turda “Qarabağ”la oyunumuz var. Ondan sonra qış fasiləsi yaranacaq və heyətimizdəki dəyişiklərə aydınlıq gələcək”.
Muciri 2007-ci ilin qışından şərəfini qoruduğu “Bakı”da (56 oyun, 11 qol) bürünc və qızıl medal qazanıb. Ötən mövsüm vurduğu 11 qolla komandasının bombardiri olan Amiran Böyükağa Hacıyevin vaxtında Bolqarıstandan transfer olunmuşdu. Təcrübəli futbolçusunun keçmiş baş məşqçisinin yanına qayıdacağı gözlənilir. Belə ki, iki aydır çalışdırdığı “Standard”da Mucirini görmək istəyən Hacıyev futbolçunun sərbəst futbolçu olmasını gözləyirdi və bu, artıq gerçəkləşdi.
Qeyd edək ki, “Bakı”nı cari mövsüm tərk edən əcnəbi futbolçuların hamısı hazırkı baş məşqçi Bülənt Korkmazın dövründə gedib. Bunlar braziliyalılar – Feliks Felipe Almeyda ilə Rafael Barboza, argentinalı Fernando Peres, rumıniyalılar Daniel Oprita ilə Kristian Muskaludur. “Bakı”da formasını arxasında soyadının əvəzinə ləqəbi “Mumu”nun yazdırmaq Amirana düşərli olmadı. Belə ki, məhz bundan sonra əsas heyətdə yerini itirən Mucirini Korkmaz daha çox ehtiyatda saxlayırdı.

0
0