Azərbaycanda işləyən məşqçi “Lokomotiv”i çalışdıra bilər
23.12.2009 - 16:51
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbol tarixinə ilk əcnəbi məşqçi kimi düşən 51 yaşlı türk mütəxəssis Bolqarıstanın “Lokomotiv” komandasının “sükanı arxasına” keçə bilər.
Plovdiv təmsilçisində çalışacağına inanan Şensoy keçidin yaxın zamanda gerçəkləşəcəyini bildirib: “Hələ “Vihren”dəki iş birliyimiz zamanı Koko Dinev “Lokomotiv”i almaq istədiyini deyirdi. Mənə söz vermişdi ki, Plovdiv klubunu alsa, baş məşqçi olacağam. “Lokomotiv” ənənələrə malik komandadır və çempionluq üçün mübarizə aparmalıdır”.
Bu gün “Lokomotiv”lə alqı-satqını yekunlaşdıran Dinevin Şensoya verdiyi sözə əməl edib-etməyəcəyi hələ dəqiqləşməyib. Maraqlıdır ki, bu sövdələşmədən əvvəl də mütəxəssis Plovdivdə peyda ola bilərmiş. Lakin klubun sabiq sahibi Qalya Topalova ona təklif olunan türk çalışdırıcı ilə işləməyə qərar verməyib. Bolqarıstan çempionatının güclülər dəstəsində çıxış edən plovdivlilər birinci dövrədən sonra 6-cı pillədə qərarlaşıb ki, bu da Şensoyun avrokuboklarda oynamaq iddiasına uyğun gəlir.
Qeyd edək ki, türk mütəxəssis 2002-ci ilin fevral-mart aylarında, həmçinin 2004-cü ilin iyunundan 2005-ci ilin dekabrına kimi “Turan”ın baş məşqçisi olub.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0