“Bakı” klubunun “Birlik kuboku” turnirində rəqibləri bəlli oldu
23.12.2009 - 17:11
 “Bakı” klubunun “Birlik kuboku” turnirində rəqibləri bəlli oldu
“Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Finlandiyanın HİK, Qazaxıstanın “Aktobe” və Tacikistanın “Vaxş” klubları ilə birgə B qrupunda yer alıb.
Oyunlar yanvarın 16-dan 24-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

A qrupu: "Dnepr" (Belarus), "Dordoy-Dinamo" (Qırğızıstan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya).

B qrupu: "Bakı" (Azərbayacan), HİK (Finlandiya), "Aktobe" (Qazaxıstan), "Vaxş" (Tacikistan).

C qrupu: "Dinamo" (Ukrayna), MTTU (Turkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması

D qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).