Zeynal Məmmədov: Çətin qrupa düşmüşük
23.12.2009 - 17:32
“Püşk bizim üçün elə də uğurlu olmadı. Çətin qrupa düşmüşük”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Tarixində ikinci dəfə “Birlik kuboku”na qatılacaq “zolaqlılar” bu dəfə Finlandiyanın HİK, Qazaxıstanın “Aktobe” və Tacikistanın “Vaxş” klubu ilə birgə B qrupunda yer alıb. Məmmədov güclü rəqiblərlə bir qrupa düşdüklərini bildirib: “Həm HİK, həm də “Aktobe” güclü komandalardır. Onlar qrupda ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimiz olacaq. Ancaq “Vaxş”ı hesabdan silmək olmaz. İstənilən halda, hansı komanda ilə düşmüşüksə, onunla da oynamalıyıq. Başqa variant yoxdur. Biz Moskva turnirində ölkəmizi layiqincə təmsil etmək fikrindəyik. Bu mənada mütləq qrupdan çıxmalıyıq”.

0
0