Bülənt Korkmaz hələ gözləyir
23.12.2009 - 17:42
“İndi bizi “Qarabağ”la oyun düşündürür. Bütün diqqətimizi bu görüşə yönəltmişik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Bu gün atılan “Birlik Kuboku” turnirinin püşkü barədə açıqlama verməkdən imtina edən türk çalışdırıcı ölkə çempionatında yaranan fasiləni gözləməyi məqsədəuyğun sayıb: “Qarabağ”la oyundan sonra çempionatda fasilə yaranacaq. Həmin vaxt “Birlik kuboku” haqda düşünəcək, rəqibləri dəyərləndirəcək, onlar haqda məlumat toplayacağıq”.
Qeyd edək ki, 2007-ci ildə “Birlik kuboku”nda qrup ikincisi kimi 1/4 finala vəsiqə qazanan “Bakı” MOİK-in əvəzedici komandasına oyun sonrası penaltilər seriyasında uduzmuşdu.

0
0