Milli komandanın baş məşqçisi ilə müqavilə uzadılmadı
23.12.2009 - 21:10
Ukrayna Futbol Federasiyası (FFU) milli komandanın baş məşqçisi Aleksey Mixayliçenko ilə müqaviləni yeniləməkdən imtina edib. Lent.az-ın məlumatına görə, bu haqda yığmanın mətbuat attaşesi Yuri Malışev açıqlama verib.
Onun sözlərinə görə, müqaviləsi noyabrın 30-da başa çatan Mixayliçenko ilə yeni müqavilə bağlanmayacaq. 2006-cı ildə milli komandanı qəbul edən 46 yaşlı mütəxəssisi kimi əvəzləyəcəyi hələ məlum deyil. FFU-nun prezidenti Qriqori Surkis bu posta “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunu təklif edib. Lakin rumıniyalı mütəxəssis Ukrayna yığmasında çalışmaqdan imtina edib.
Qeyd edək ki, Aleksey Mixayliçenkonun rəhbərliyi altında Ukrayna yığması 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

0
0