Lionel Messini Argentinada saymadılar
23.12.2009 - 21:19
Lionel Messini Argentinada saymadılar
2009-cu ildə Avropanın və dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi vətəni Argentinada ən güclü idmançı sayılmayıb. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Messi tennisçi Xuan Martin del Potroya uduzaraq, ikinci yeri tutub.

Üçüncü yerə isə qolfçu Anxel Kabrera layiq görülüb. Mükafatlandırma mərasimi dekabrın 22-də Buenos-Ayres şəhərində baş tutub.

Qeyd edək ki, Lionel Messi bu il “Barselona” klubunun heyətində İspaniya çempionluğu, kuboku və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionluğunu qazanıb. O, ilin futbolçusu sayılıb, “Qızıl top” və “Brilyant top” mükafatlarına layiq görülüb. Xuan Martin del Potro isə il ərzində karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasından ABŞ-ın açıq çempionatının, ABŞ-ın Oklend və Vaşinqton şəhərlərindəki turnirlərin qalibi olub. Del Potro Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində 5-ci yeri tutur.