“Ayaks” “Şəfa”ya çatdı
24.12.2009 - 09:36
Hollandiya kubokunun son oyunlarında qeyri-adi nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, məşhur “Ayaks” komandası səfərdə VXK klubu ilə görüşdə rəqibin qapısına 14 qol vurub. 14:1 hesablı qələbədə amsterdamlıların 5 futbolçusu fərqlənib. Luis Suares meydan sahiblərinin qapısına 6 dəfə yol tapmaqla, darmadağında böyük pay sahibi olub.
Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatı və kuboku yarışlarının da rekordu 14 qolla bağlıdır. Bu nailiyyətə 2003-cü ildə “Şəfa” imza atıb. Bakılılar ölkə kubokunda “Lider-Qarabağ”ı 14:0 hesabı ilə məğlub edib. Sonradan hər iki klub tarixin yaddaşına köçüb.

0
0