“Aktobe” klubunun futbolçusu “Bakı”dan ehtiyatlanır
24.12.2009 - 09:59
Qazaxıstanın “Aktobe” klubunun futbolçusu Samat Smakov Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri ilə bağlı qısa müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Bakı” ilə eyni qrupda yer alan komandanın üzvü qarşıdakı yarış haqda fikirlərini bölüşüb.
- “Aktobe”nin “Birlik kuboku”nda düşdüyü qrupu necə dəyərləndirirsiniz?
- Prinsipcə, qrupun bərabər səviyyəli komandalardan təşkil olduğunu deyə bilərəm. Kimin güclü, kimin zəif olduğunu söyləmək olmaz. Çünki komandaların turnirə hansı heyətlə gələcəyi hələ məlum deyil. Amma istənilən halda, qrupdan növbəti mərhələyə çıxmağa gücümüz çatar.
- Kimi əsas rəqib sayırsınız?
- Düzünü deyim ki, heç bunu da bilmirəm. Yəqin ki, yarış ərəfəsində nə isə söyləmək olar. “Bakı”nı xüsusi qeyd edə bilərəm. Onların əla heyəti formalaşıb. Özü də orada bizim futbolçular oynayacaq.
- Rəhbərlik turnirdəki çıxışla bağlı qarşınıza hansı vəzifəni qoyub?
- Bu haqda hələ söhbət olmayıb.
- Düşünmürsünüz ki, rusiyalı legionerlərin gedişindən sonra “Aktobe” zəifləyib?
- “Aktobe” yox, Qazaxıstan futbolu zəifləyib.

0
0