Milli komandamız “cırtdan ölkə”yə qarşı
24.12.2009 - 10:18
Futbol üzrə Azərbaycan milli komandasının növbəti rəqibi məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız 2010-cu il martın 3-də Lüksemburq yığması ilə yoldaşlıq görüşü keçirəcək. Belə ki, assosiasiyamızın rəhbərliyi Lüksemburq Futbol Federasiyasının təklifini qəbul edərək, göstərilən tarixdə oynamağa razılaşıb. Berti Foqtsun yetirmələri səfərdə mübarizə aparacaqlar. “Cırtdan ölkə”nin futbolçuları ilə görüşün başlanma vaxtı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, yığmamız indiyədək heç vaxt Lüksemburqla oynamayıb.
Qeyd edək ki, yığmamız indiyədək heç vaxt Lüksemburqla oynamayıb.
0
0