“Ən böyük ümidimiz Çempionlar Liqası ilə bağlıdır”
24.12.2009 - 10:32
“Ən böyük ümidimiz Çempionlar Liqası ilə bağlıdır”
2010-cu ilin yanvarında keçiriləcək “Birlik kuboku” turnirində Azərbaycan çempionu “Bakı” ilə eyni qrupda yer alan Qazaxıstanın “Aktobe” klubunun yarışda qarşısına qoyulan vəzifə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, orta asiyalılar Rusiyanın paytaxtı Moskvada baş tutacaq yarışa ciddi yanaşmırlar. Bu səbəbdən onların qarşısına fərqli vəzifə qoyulub.

“Aktobe”nin baş məşqçisi Vladimir Muxanov bunları deyib: “Qarşımıza qoyulan əsas vəzifə Qazaxıstan çempionatına hazırlaşmaqdır. Təbii ki, ən böyük ümidimiz Çempionlar Liqası ilə bağlıdır. Həmin yarışda daha uğurlu çıxış etməyə çalışacağıq”.
0