“Aktobe”nin futbolçusu Qazaxıstanın ən yaxşısı seçildi
24.12.2009 - 11:17
“Aktobe”nin futbolçusu Qazaxıstanın ən yaxşısı seçildi
“Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində rəqiblərindən olan Qazaxıstanın “Aktobe” klubunun üzvləri öz ölkəsində fərqlənib. Apasport.az saytının məlumatına görə, komandanın kapitanı Samat Smakov bu il Qazaxıstanın ən yaxşı futbolçusu seçilib.

O, ölkəsinin “Prosport” qəzetinin keçirdiyi sorğunun qalibi olub. Samat Qazaxıstan Premyer Liqasında çalışan məşqçilərin arasında ən çox səs qazanıb. “Aktobe”nin rusiyalı çalışdırıcısı Vladimir Muxanov isə ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Smakov 2008-ci il Avropa çempionatının seçmə mərhələsində milli komandamızla heç-heçə nəticələnən (0:0 və 1:1) hər iki oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Bakı” gələn ilin yanvarın 16-dan 24-dək Moskvada keçiriləcək turnirdə “Aktobe” ilə yanaşı, Finlandiyanın HİK və Tacikistanın “Vaxş” klubu ilə birgə B qrupunda mübarizə aparacaq.
0