Messi, yoxsa Ronaldo?
24.12.2009 - 13:03
Messi, yoxsa Ronaldo?
İspaniyalı jurnalistlər Lionel Messinin 2009-cu ilin ən yaxşı futbolçusu seçilməsi ilə razı deyil. Apasport.az saytının məlumatına görə, həmkarlarımız FİFA-nın “Brilyant top”, “France Football”ın “Qızıl top” mükafatını qazanan argentinalının dünya və Avropanın ən yaxşısı olmasının ədalətsizlik olduğunu düşünür.

Bu səbəbdən də “Marca” qəzetinin ekspertləri neçə illərdir “Barselona”da çıxış etdiyindən onlara daha yaxşı tanış olan Messini “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə müqayisə edib. Onlar ulduzları 9 keyfiyyətinin hər birini 10 ballıq şkala il qiymətləndirməklə, kimin güclü olduğuna aydınlıq gətirib.

Keyfiyyətləri

Ronaldo

Messi

Kollektiv oyun

7

8

Texnika

9

9

Fiziki hazırlıq

10

7

Sürət

9

8

Driblinq

8

10

Zərbə

9

8

Ötürmə

9

8

Lidelik

9

7

Cərimə və penaltilərin ifası

9

7

Cəmi

79

72

0