Miron Markeviç: Azərbaycanlı futbolçu ilə maraqlanmırıq
24.12.2009 - 13:54
Miron Markeviç: Azərbaycanlı futbolçu ilə maraqlanmırıq
Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç azərbaycanlı futbolçu Elmar Xeyirovun keçidi ilə bağlı deyilənlərə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm UEFA kubokunda gözlənilməz uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Xarkov təmsilçisinin 22 yaşlı hücumçumuzla maraqlanması ilə bağlı xəbərlər son günlər KİV-in gündəmini zəbt edib.

Bütün öz-söhbətlərə baş məşqçinin fikirləri tam aydınlıq gətirə bilərdi ki, bu, da özünü çox gözlətmədi. Londondan istirahətdən qayıdan Markeviç bizlər üçün maraqlı açıqlama verib: “Mən azərbaycanlı futbolçu Elmar Xeyirovla maraqlandığımızı ilk dəfədir eşidirəm. Onun Zaqreb “Dinamo”undakı xorvat həmkarı Mario Mancukiç, habelə Polşanın “Yaqelloniya” klubunun yerli hücumçusu Kamil Qroşitskinin maraq dairəmizdə olması haqda da heç nə bilmirəm. Mən elə buna görə də internetə baxmıram. Çünki orada nə gəldi yazırlar. İnternetə baxmadığım üçün rahat yatıram. Biz səviyyəli hücumçu axtarırıq. Əlbəttə, bizim klub transferə milyonlar xərcləməyəcək. Ancaq hər halda, ümid edirik ki, “Metallist”in cibinə uyğun olan əsl futbolçunu tapa biləcəyik”.

Qeyd edək ki, Xeyirovu transferə çıxaran Belarusun “Smorqon” klubu onu yarım milyon dollara satır.
0