“Bakı”nın ilk oyununun vaxtı bilindi: 16 yanvar, saat 14:00
24.12.2009 - 14:53
“Bakı”nın ilk oyununun vaxtı bilindi: 16 yanvar, saat 14:00
XVIII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu yarışda Azərbaycanın şərəfini qoruyacaq “Bakı” klubu ilk görüşünü yanvarın 16-da “Dinamo” manejində Tacikistanın “Vaxş” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Təmsilçimiz növbəti iki oyununu “Olimpiyski” İdman Kompleksində keçirəcək. “Bakı” yanvarın 17-də Finlandiyanın HİK, bundan iki gün sonra isə Qazaxıstanın “Aktobe” klubu ilə görüşəcək. Bu oyunların da start fiti saat 14:00-da çalınacaq.

A qrupu: "Dnepr" (Belarus), "Dordoy-Dinamo" (Qırğızısatan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya).

B qrupu: "Bakı" (Azərbayacan), HİK (Finlandiya), "Aktobe" (Qazaxıstan), "Vaxş" (Tacikistan).

C qrupu: "Dinamo" (Ukrayna), MTTU (Turkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması

D qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).

16 yanvar (şənbə)
"Olimpiyski" İdman Kompleksi


14:00. “Aktobe” (Qazaxıstan) – “HİK” (Finlandiya)
16:00. “Dinamo" (Ukrayna) – Rusiya klub yığması
18:00. “Ekranas” (Litva) – “Pünik” (Ermənistan)
20:00. “Rubin” (Rusiya) – “Metallurq” (Latviya)

"Dinamo" maneji

14:00. "Vaxş" (Tacikistan) – “Bakı” (Azərbaycan)
16:00. “Levadiya” (Estoniya) – MTTU (Türkmənistan)
18:00. “Daçiya” Moldova) – “Bunedkor” (Özbəkistan)
20:00. “Dnepr” (Belarus) – “Dordoy-Dinamo” (Qırğızıstan)

17 yanvar (bazar)
"Olimpiyski" İdman Kompleksi


14:00. “Bakı” – HİK
16:00. “Levadiya” – “Dinamo”
18:00. “Daçiya” – “Ekranas”
20:00. “Dordoy-Dinamo” – “Rubin”

"Dinamo" maneji

14:00. “Aktobe” – "Vaxş"
16:00. MTTU – Rusiya klub yığması
18:00. “Pünik” – “Bunedkor”
20:00. “Dnepr” – “Metallurq”

19 yanvar (çərşənbə axşamı)
"Olimpiyski" İdman Kompleksi


14:00. “Aktobe” – “Bakı”
16:00. MTTU – “Dinamo”
18:00. “Pünik” – “Daçiya”
20:00. “Rubin” – “Dnepr”

"Dinamo" maneji

14:00. HİK – "Vaxş"
16:00. Rusiya klub yığması – “Levadiya”
18:00. “Bunedkor” – “Ekranas”
20:00. “Metallurq” – “Dordoy-Dinamo”

1/4 final
20 yanvar (çərşənbə)
"Olimpiyski” İdman Kompleksi


14:00. D qrupunun qalibi – C qrupunun ikincisi
16:00. B qrupunun qalibi – A qrupunun ikincisi
18:00. C qrupunun qalibi – D qrupunun ikincisi
20:00. A qrupunun qalibi – B qrupunun ikincisi

Yarımfinal
22 yanvar (cümə)
"Olimpiyski" İdman Kompleksi


17:00. Saat 16:00 və 18:00-da başlayan 1/4 final oyunlarının qalibləri
20:00. Saat 14:00 və 20:00-da başlayan 1/4 final oyunlarının qalibləri

Final
24 yanvar (bazar)

"Olimpiyski" İdman Kompleksi, 16:00.
0