Ağasəlim Mircavadov: Onlar çemodan əhval-ruhiyyəsində olurlar
24.12.2009 - 16:32
Ağasəlim Mircavadov: Onlar çemodan əhval-ruhiyyəsində olurlar
“Adətən mövsümün ilk və son oyunları çətin olur. Buna da müxtəlif obyektiv amillər təsir edir. Düzdür, “Muğan”la görüş mövsümdə də olmasa, cari ildə axırıncı oyunumuz idi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Unibank Premyer Liqasının XVII turu çərçivəsində bu gün Salyanda “Muğan”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rəqibi ölkə kubokunu da nəzərə alsaq, 4 oyunun hamısında məğlub edən lənkəranlılar Salyanda yenə qələbəyə seviniblər (2:1). Mircavadov komandasını tərifləyib: “Futbolçular son oyunlar zamanı çemodan əhval-ruhiyyəsində olurlar. Ancaq bu gün meydanda mübariz komanda gördüm. Yetirmələrim çox gözəl oyun nümayiş etdirdilər. Rəqibin də oyunu qiymətləndirirəm. “Muğan” yaxşı komandadır. Çox sevinirəm ki, bu gün 3 xalı belə gözəl oyunla qazandıq”.
0