“Qəbələ” “altılıq”da olacaq”
24.12.2009 - 16:48
“Qəbələ” “altılıq”da olacaq”
“Həm “İnter”, həm də “Qəbələ” hücuma meylli futbol oynadığı üçün qarşılaşma maraqlı alındı. Matç ərzində hər iki komanda hücum haqda fikirləşirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun məşqçisi Georgi Çixradze deyib.

Unibank Premyer Liqasının XVII turunda “Qəbələ” ilə səfər görüşündə minimal hesabla qalib gələn bakılıların baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransına da qatılmayıb. Sxadadze cəzalı olduğundan onu mətbuat konfransında da Çixradze əvəzləyib: “Birinci hissə ümumiyyətlə ani hücumlardan ibarət idi. Gah bu, gah da digər tərəf həmlə edirdi. “Qəbələ”nin göstərdiyi belə oyunla “altılığ”a düşəcəyini düşünürəm. Bu səbəbdən səfərdə qazandığımız 3 xal bizim üçün qızıl xallara bərabərdir”.

Qeyd edək ki, ötən tur “Turan”la oyundan sonra rəqibin çalışdırıcısı Nizami Sadıqovla bir-birini təhqir etdikləri üçün Sxadadze 4 oyunluq (2 oyun şərti) diskvalifikasiya olunub.
0