Ramiz Məmmədov: 13 futbolçum yox idi, gözəl oynadıq
24.12.2009 - 16:57
Ramiz Məmmədov: 13 futbolçum yox idi, gözəl oynadıq
“Bu gün 13 futbolçunun xidmətindən yararlana bilmirdim. Onlar ya cəzalı, ya da zədəli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

41 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XVII turunda “İnter”lə oyunda 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, yetirmələrindən razı qalıb: “Məcburiyyətdən əvəzedici komandanın 6 futbolçusunu heyətə cəlb etmişdik. Bu səbəbdən bizə çətin oldu. Lakin onlar gözəl oynadılar. Təəssüf ki, görüşün sonlarında qol buraxıb uduzduq”.

Qeyd edək ki, “Qəbələ” - “İnter” matçının taleyi 86-cı dəqiqədə həll olunub. Bakılıların bolqar legioneri Petar Zlatinov komandasına 3 xal qazandıran yeganə qolu vurub.
0