Qurban Qurbanov: Nəticə qeyri-adi deyil, hər şey normaldır
24.12.2009 - 17:46
Qurban Qurbanov: Nəticə qeyri-adi deyil, hər şey normaldır
“Bu gün biz Azərbaycanın ən səviyyəli, ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Həqiqətən də meydanda çox güclü komandaya qarşı oynamalı olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib. 41 yaşlı türkiyəli mütəxəssis Unibank Premyer Liqasının XVII turunda “Qarabağ”la səfər oyunundan sonra keçirilən mətbuat konfransında nəticədən (0:0) narazı qaldığını bildirib: “Mən də “Bakı”nın bir gün “Qarabağ” kimi azəriləşən və gəncləşən heyətə malik olmasımı istəyirəm. Bugünkü oyunda hər iki komanda yaxşı oynadı. Nəticədən yox, mübarizədən razı qaldım”.

Birinci pilləni əldən verən ağdamlıların baş məşqçisi Qurban Qurbanov isə xal itkisini adi hal kimi qiymətləndirib: “Yay hazırlıqlarından sonra 32 oyun keçirmişik. Bu da yorğunluğa səbəb olub. Buna baxmayaraq, futbolçularımız oynadılar, çalışdılar. Nəticə qeyri-adi deyil. Hər şey normaldır. Cəmi 1 xal qazansaq da, hələ heç nə itirilməyib”.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 3 oyundur qalib gələ bilmir. Ağdamlılar “Bakı”dan öncə “Qəbələ” ilə səfərdə 1:1, “Simurq”la evdə 0:0 hesablı heç-heçə etmişdi.
0