Emo və Rəşad Sadıqov
25.12.2009 - 09:44
Emo və Rəşad Sadıqov
Türkiyənin “Kocaelispor” klubu Azərbaycanda oynamış futbolçunu baxışa dəvət edib. Apasprort.az saytının məlumatına görə, Yevlaxın “Karvan” klubunun sabiq futbolçusu Qisleyn Emo karyerasını Türkiyənin birinci liqasında davam etdirə bilər. Artıq İzmit təmsilçisinin düşərgəsində olan kamerunlu futbolçu baxışdan uğurla keçəcəyi təqdirdə, klubla müqavilə bağlayacaq. Karyerası boyu vətənində “Kadji Sport”, Türkiyədə “Bursaspor”un uşaq komandası və “Mersin İdman Yurdu”da forma geyinmiş 21 yaşlı hücumçu 2008/09 mövsümündə “Karvan”n şərəfini qoruyub. Azərbaycan çempionatında 7 oyuna (231) 2 qol vuraraq, 1 sarı vərəqə alan kamerunlu ölkə kubokunun 2 matçında da (105) meydana çıxıb.

Qeyd edək ki, 2008/09 mövsümündə iki həmyerlimiz - Rəşad Sadıqov və Ramal Hüseynov “Kocaelispor”un üzvü olub.
0