Şahin Diniyev “Fluminense”nin futbolçusu ilə işləyəcək
25.12.2009 - 10:01
Şahin Diniyev “Fluminense”nin futbolçusu ilə işləyəcək
Şahin Diniyevin çalışdırdığı “Terek” Braziliyanın ən köklü klublarından olan “Fluminense”dən futbolçu alır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı Maurisiu Qroznı təmsilçisinə təklif olunub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi uğrunda Moskvanın “Spartak” klubu da mübarizə aparır. Transferlə bağlı məsələ bu ayın sonunadək həll olunacaq.

Qeyd edək ki, bir dəfə Braziliya çempionluğu və kubokunu qazanan “Fluminense” son iki ildə Cənubi Amerika zonasında böyük uğurların bir addımlığında olub. Belə ki, Maurisiu komandası ilə birgə Libertadores və Cənubi Amerika kubokunun finalında iştirak edib. “Terek”in potensial futbolçusu ev oyunlarını dünyanın ən böyük stadionlarından sayılan məşhur “Marakana”da keçirir.
0